Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə bu ilin ilk “Tullantıları ekoçantaya dəyiş” aksiyası 12 iyul tarixində “Araz” supermarketlər şəbəkəsinin Xətai rayonu ərazisində yerləşən filialında təşkil olunacaq.
Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tullantıların düzgün idarə olunmasına yönəlmiş belə aksiyalarda hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
– “Araz” superstore – Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 9C (Urfa restoranının yanı)
– Saat: 11:00
– 12 iyul