zəlzələ

İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 10 min nəfər əhalisi olan Tobelo şəhərindən 89 kilometr qərbdə, ocağı isə 103 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Əvvəlki məqaləAlimlərin araşdırması: Fillər bir-biri ilə adları vasitəsilə ünsiyyət qururlar
Növbəti məqalədəBu gün Abşeronun bəzi yerlərində leysan olacaq, şimşək çaxacaq