İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə görüşdə
İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə görüşdə

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Əvvəlki məqaləElnur Soltanov: İqlim maliyyəsi Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzusu olacaq
Növbəti məqalədəÖzbəkistanda İqlim Şurası yaradılır