zəlzələ

Oktyabrın 19-da Türkiyənin Kahramanmaraş vilayətində 4,4 maqnitudalı zəlzələ baş verib.

AZƏRTAC Türkiyə Hökumətinin Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 14:41-də qeydə alınıb.

Zəlzələnin episentri Dulkadiroğlu rayonunda, ocağı isə 10,53 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Əvvəlki məqaləNeftçalada ağacəkmə aksiyası davam edir
Növbəti məqalədəMuxtar Babayev: COP29-a hazırlıq işləri davam edir, bəzi işlər tamamlanıb