Şiveluç vulkanı
Şiveluç vulkanı

Rusiyanın Kamçatka bölgəsində yerləşən Şiveluç vulkanı 4,5 kilometr hündürlüyə kül püskürüb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka vulkan püskürməsinə reaksiya qrupu məlumat yayıb.

Bildirilib ki, partlayışlar nəticəsində Şiveluç vulkanının külü dəniz səviyyəsindən 4,5 kilometr yüksəkliyə qalxıb.

Qeyd edək ki, bu, gün ərzində artıq ikinci kül püskürməsidir. Bir neçə saat əvvəl Şiveluç 5 kilometr hündürlüyə kül püskürmüşdü.

Əvvəlki məqaləQrenlandiya köpəkbalıqlarının uzunömürlülüyünün səbəbi məlum olub
Növbəti məqalədəAzərbaycana məxsus amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizəyə başlayıb