"Go Camp" layihəsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə könüllülər üçün “Go Camp” piknik layihəsi keçirilir.

Layihə çərçivəsində könüllülər bugünədək Hirkan, Altıağac, Samur-Yalam milli parkları və Şahdağ Milli Parkının Quba bölməsinə səfər edib, milli parkların təbiəti ilə yaxından tanış olub, flora və faunası haqqında məlumatlanıblar. Eyni zamanda gənclər təbiət əraziləri ətrafında təmizlik aksiyaları keçirərək təbiətə öz töhfələrini verib, müxtəlif oyun növləri və idman yarışları ilə asudə vaxtlarını dəyərləndiriblər.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu layihənin əsas məqsədi könüllülər arasında sağlam həyat tərzinin formalaşdırılması, onlar arasında birliyin nümayişi, eyni zamanda ətraf mühitin mühafizəsində gənclərin rolunun artırılması və aktiv fəaliyyət göstərən Azərbaycan könüllülərinin fəaliyyətinin qiymətləndirilməsidir.
Əvvəlki məqalə“Yaşıl gələcək naminə” aksiyası davam edir
Növbəti məqalədə“Diaspor Gənclərinin V Yay Düşərgəsi”nə seçimlər yekunlaşıb