Lənkəran şəhərində Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin, habelə ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aksiya zamanı Heydər Əliyev prospekti boyu 250 ədəd sərv ağacı əkilərək suvarılıb, ərazidə təmizlik və abadlıq işləri aparılıb.