Mayın 11-də saat 17:23 radələrində Azərbaycanın cənub rayonlarında yeraltı təkanlar hiss olunub.
Lənkəran Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, zəlzələ Lənkəran rayonu ərazisində 6, ətraf rayonlarda isə 5,3 bala qədər hiss olunub. Dərhal yerlərlə əlaqə yaradılıb, dəqiqləşdirmələr aparılıb. İndiyədək zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb.