Lerikdə uçqun

Lerik rayonunun mərkəzindən 18 kilometr uzaqda yerləşən Çayrud kəndində uçqun olub. Dağdan düşən iri qaya parçası yolu bağlayıb.

Rayon Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb. Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Kəndə gediş-gəliş üçün alternativ yoldan istifadə olunur.

Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.

Əvvəlki məqalə“Yaşıl dünya naminə həmrəylik” adlı tədbir təşkil olunub
Növbəti məqalədəİntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb