Qobustan qoruğunda yaşıllaşdırma aksiyası

Mədəniyyət Nazirliyi tərəfindən noyabrın 23-də Qobustan Milli Tarix-Bədii Qoruğu ərazisində ağacəkmə aksiyası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar təşkil olunan aksiya zamanı nazirliyin əməkdaşları ərazinin iqlim şəraitinə uyğun müxtəlif növ ağac tingləri əkib, aqrotexniki qulluq göstərilib.

Əvvəlki məqaləGəncədə ağacəkmə aksiyası və iməcilik keçirilib
Növbəti məqalədəICESCO-nun Baş direktoru: Azərbaycan COP29-da yüksək təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi