ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva
ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva

Bütün dünyada olduğu kimi, Azərbaycanda da atmosferin müxtəlif parametrlərində daim müşahidələr aparılır. Bu məlumatların vacibliyi ondan ibarətdir ki, istənilən təhlükəni əvvəlcədən proqnozlaşdırmaqla fəsadları minimuma endirmək mümkündür.

AZƏRTAC xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, Maştağa İxtisaslaşmış Aeroloji Stansiyasında müşahidələrin bərpa olunması ölkəmizdə hidrometeorologiya sahəsinin inkişafında böyük əhəmiyyətə malikdir. Bu, həm də atmosferin müxtəlif təbəqələri üzrə dəyişmələri müşahidə etməyə imkan verir.

Əvvəlki məqaləSabah ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir
Növbəti məqalədəMaştağa aerostansiyasında aeroloji müşahidələr bərpa edilib, ilk radiozond hava şarı buraxılıb