Muğla

Türkiyənin Muğla şəhərinin Köyceğiz rayonunda 4 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Qurumun verilənlərinə əsasən, yerli vaxtla 05:04-də (Bakı vaxtı ilə 06:04) qeydə alınmış zəlzələnin ocağı 7,09 km dərinlikdə yerləşib. Təbiət hadisəsinin episentri rayonun Karaçam yaşayış məntəqəsindən 1,54 km məsafədə olub.

Yerli sosial şəbəkə istifadəçiləri zəlzələni hiss etdiklərini bildiriblər.

Əvvəlki məqaləİlin ilk Ay tutulması başlayıb
Növbəti məqalədəŞahdağa 31 sm qar yağıb, dağlarda şaxta olub