Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Dinq Tao ilə görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı noyabrın 11-22-də Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.