Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xaçmaz şəhərində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin inzibati binasında vətəndaşları qəbul edib.
“Report” xəbər verir ki, qəbuldan əvvəl nazir və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.