Namazgah

Son günlər Azərbaycana yağan intensiv yağıntılar nəticəsində İsmayıllı rayonu ərazisindəki Namazgah-Lahıc yolunda kiçikmiqyaslı uçqun qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev açıqlama verib.

O bildirib ki, ölkə ərazisində keçirilən monitorinqlərin nəticəsinə görə, hazırda digər ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi stabillik müşahidə olunur:

“Lakin intensiv yağışların təsirinin növbəti günlərdə müşahidə oluna biləcəyi ehtimalını nəzərə almaq lazımdır”.

Əvvəlki məqaləBəzi ərazilərə leysan xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır
Növbəti məqalədəPedaqoji Universitetdə “COP29: Tələbələrin yaşıl missiyası” mövzusunda görüş keçirilib