Naxçıvan Su-kanalizasiya İdarəsi tərəfindən Naxçıvan şəhərinin müxtəlif istiqamətlərində quraşdırılmış siyirtmələrin təmiri və ya yenisi ilə əvəz edilməsi prosesi həyata keçirilir.
İdarədən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mayın 16-dan etibarən şəhərin 10-cu küçəsi, Qaraxanbəyli kəndi və Əliabad-Naxçıvan dairəvi avtomobil yolunda müvafiq işlər görülüb. Təmir-yenilənmə tədbirləri çərçivəsində bu gün Əliabad qəsəbəsində də iki siyirtmə təmir olunub.
Əhalinin su təminatında fasilələrin yaranmaması üçün təmir işləri gecə saatlarında aparılır.