Naxçıvan

Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının texniki-iqtisadi göstəriciləri açıqlanıb.

Xidmətin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müvafiq dövr ərzində istehsal olunan ümumi elektrik enerjisinin 55 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşür.

Yanvar-avqust aylarında ümumi elektrik enerjisinin 45 faizi İstilik elektrik stansiyalarında, 42 faizi Su elektrik stansiyalarında, 13 faizi isə Günəş elektrik stansiyalarında istehsal olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpaolunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 20 faizə yaxın artıb.

Əvvəlki məqaləCOP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb
Növbəti məqalədəBeynəlxalq Ozon Qatının Mühafizəsi Günüdür