Naxçıvanda “Təbiəti birgə qoruyaq” şüarı ilə aksiya

Babək rayonunun Şıxmahmud kəndi yaxınlığındakı “Şıxmahmud” meşəsində meşəbərpa tədbiri və təmizlik aksiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Təbiəti birgə qoruyaq” şüarı ilə təşkil olunan təmizlik aksiyasında nazirlik əməkdaşları və könüllü gənclər iştirak ediblər. Zəruri sanitar ləvazimatlarla təmin edilən aksiya iştirakçıları tullantıları meşə ərazisindən toplayıb, ətrafda səliqə-sahman yaradıblar.

Sonra meşənin yaşıllıq örtüyü olmayan 2 hektar ərazisində torpaq-iqlim şəraitinə uyğun 150-yə yaxın müxtəlif növ meyvə, dekorativ tinglər vasitəsilə meşəbərpa işləri həyata keçirilib.

Əvvəlki məqaləYaşıl artım və dayanıqlı inkişaf – beynəlxalq elmi konfrans
Növbəti məqalədə158 nömrəli tam orta məktəbdə Green Note layihəsinin icrasına başlanıb