qar

Naxçıvan Muxtar Respublikası ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağış, sulu qar və qar yağıb. Ayrı-ayrı yerlərdə intensiv xarakter alıb.

Bu barədə “Report”un yerli bürosuna muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Məlumata görə, saat 07:00-da QARIN hündürlüyü Nürgütdə (Ordubad) 23 sm, Küküdə (Şahbuz) 19 sm, Ərəfsədə (Culfa) isə 5 sm olub.

Yağıntının miqdarı isə Naxçıvanda 5 mm, Şahbuzda 2 mm, Şərurda 4 mm, Ordubadda 3 mm, Culfada 2 mm, Kəngərlidə 6 mm, Sədərəkdə 2 mm olub.

Əvvəlki məqaləRamazan ayının ilk gününün hava proqnozu açıqlanıb
Növbəti məqalədəSOCAR-ın yeni şirkəti 17 milyon dollar kapitalla dövlət qeydiyyatına alınıb