Noyabr ayında Bakıda COP29 tədbiri – BMT-nin növbəti iqlim konfransı təşkil olunacaq. Ölkəmiz ətraf mühitin mühafizəsinə sadiqdir. Azərbaycanın COP29-un ev sahibi seçilməsi iqlim dəyişmələri və dayanıqlı inkişaf məsələləri üzrə qlobal müzakirələrin inkişafında bizim fəal rolumuzu nümayiş etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Biz əhəmiyyətinə və miqyasına görə yeganə olan bu platformada özbəkistanlı həmkarlarımızın iştirakını mühüm hesab edirik və onları bu hadisə ilə əlaqədar bir daha Bakıya dəvət edirik”, – deyə nazir bildirib.