Neftçalada 200-dən çox sərv ağacı əkilib

Neftçalada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə rayon icra hakimiyyətinin rəhbərliyi və məsul şəxslər, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları, gənclər və rayon ictimaiyyəti iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib və 200-dən çox sərv ağacı əkilib.

Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin həyatını əks etdirən fotoguşə və rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində misilsiz əmək sərf etməsindən, xalqın rifahının yüksəldilməsində əvəzsiz xidmətlər göstərməsindən söhbət açıblar. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız hər il daha böyük əhəmiyyətə malik uğurlar qazanır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında videoçarx nümayiş edilib. Daha sonra Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin hazırladığı musiqi proqramı təqdim olunub.

Əvvəlki məqaləLənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb
Növbəti məqalədəQəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür