Norveçdə keçirilən tədbirdə COP29-la bağlı hazırlıq işlərindən danışılıb

İyunun 12-də Osloda Norveçin beynəlxalq inkişaf naziri An Beate Tvinnereim tərəfindən COP28-in müvafiq bəyanatı əsasında təsis edilmiş və bu ölkənin həmsədri olduğu Ərzaq Sistemlərinin Transformasiyası üzrə Çempionlar Alyansı ilə bağlı işçi nahar keçirilib.

AZƏRTAC xəbər verir ki, müvafiq beynəlxalq təşkilatların nümayəndələrinin və aidiyyəti ölkələrin səfirlərinin qatıldıqları tədbirdə ölkəmizi Azərbaycanın Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov təmsil edib.

Səfir çıxışında ölkəmizdə COP29-la bağlı görülən hazırlıq işləri barədə iştirakçılara məlumat verib, habelə Azərbaycanın COP29 Sədrliyi tərəfindən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində irəli sürülən təşəbbüs – platforma və tərəfdaşlıqların daha yaxşı əlaqələndirilməsi yolu ilə səmərəliliyin artırılmasına xidmət edəcək “Harmoniya” təşəbbüsü haqqında danışıb.

Əvvəlki məqalə“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 36 kq işlənmiş batareya təhvil alınıb
Növbəti məqalədəFövqəladə Hallar Nazirliyi COP29 ilə əlaqədar maarifləndirmə tədbiri keçirib