IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Milli Olimpia Komitəsi və “Təmiz Şəhər” ASC-nin tərəfdaşlığı ilə “Sahillər təmiz qalsın” şüarı altında ənənəvi sahilyanı təmizlik aksiyası keçirilib.
Çimərlik mövsümünün açılışı ərəfəsində keçirilən və Ümumdünya Ətraf Mühit Gününə həsr olunan aksiya zamanı Şüvəlan çimərliyi ərazisi könüllülər tərəfindən təmizlənib, toplanan tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.