“Tullantıları hədiyyələrə dəyiş” festivalı

İctimaiyyətin tullantıların düzgün idarə olunması barədə maariflənməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədilə 31 avqust tarixində növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava parkı ərazisində keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (ekoçanta, kitab, müxtəlif məktəb ləvazimatları, köynək, qida məhsulları və s.) əldə edəcəklər.

Qeyd edək ki, maraqlı viktorinalar, müxtəlif tədbirlərin də yer alacağı festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz.

– Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava parkı
– 31 avqust 2024-cü il
– 17:00-19:00

Əvvəlki məqaləDövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin birgə məlumatı
Növbəti məqalədəBöyük Britaniya COP29-da emissiyaların azaldılması üçün yeni tədbirlər elan edə bilər