Oğuz rayonunda ağacəkmə aksiyaları

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Oğuz rayonunda ağacəkmə aksiyaları davam etdirilir. İndiyədək keçirilən iməciliklərdə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun kənarlarında 1350 ədəd həmişəyaşıl ağac əkilib. Yeni əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon İcra Hakimiyyətindən məlumat verilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində, ümumilikdə, 10 min 110 ədəd həmişəyaşıl ağacın əkilməsi nəzərdə tutulur.

Əvvəlki məqaləBMT rəsmisi Quterreşin COP29-da iştirakını təsdiqləyib
Növbəti məqalədəAzərbaycanın vahid ESG platforması və standartları hazırlanır