Omanın bəzi əyalətlərində güclü yağış və daşqınlar səbəbindən azı 12 nəfər həyatını itirib.
AZƏRTAC Oman mediasına istinadla xəbər verir ki, həlak olanlar arasında doqquz şagird, həmçinin bir nəfər xarici ölkə vətəndaşı var. Şimali Əl-Şərqiyyə əyalətinin Əl-Mudhaibi vilayətində itkin düşən beş nəfərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam edir.
Oman Kral Polisinin məlumatına görə, təbii fəlakətin yaratdığı fəsadlar ölkədə həyat ritmini pozub, fövqəladə hallar qrupları gücləndirilmiş rejimdə fəaliyyət göstərir.