Pakistanda COP29-la bağlı seminar

Pakistanın paytaxtı İslamabadın Regionşünaslıq İnstitutunda “Transsərhəd dayanıqlılığının gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi” adlı seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, bu ölkənin iqlim dəyişikliyi üzrə sabiq naziri, xanım senator Şerri Rəhman, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Pakistandakı nümayəndəsi Samuel Rizk və digərləri tədbirdə çıxış ediblər.

Səfir Xəzər Fərhadov çıxışında COP-29-un təşkilində qlobal həmrəyliyin vacibliyini vurğulayaraq qeyd edib ki, bu, ilin ən mühüm beynəlxalq tədbiri olacaq.

Senator Şerri Rəhman bildirib ki, əgər iqlim dəyişikliyinin mənfi təsirlərini aradan qaldırmaq üçün dərhal hərəkətə keçilməsə, biz “çatışmazlıq və qıtlıq dünyası”nda yaşayacağıq.

Samuel Rizk isə çıxışında su qıtlığı probleminə toxunaraq onu qlobal çağırış kimi xarakterizə edib.

Təkmilləşdirilmiş Qidalanmaya dair Qlobal Alyansın Pakistan üzrə direktoru xanım Fərəh Naz Cənubi Asiyanın üzləşdiyi kənd təsərrüfatı problemlərindən danışıb. O vurğulayıb ki, iqlim dəyişikliyi əsrin sonuna qədər regionda məhsul istehsalını 10-40 faiz aralığında azaldacaq. Bu isə ərzaq təhlükəsizliyinə ciddi zərbə vuracaq.

İslamabad Regionşünaslıq İnstitutunun prezidenti Cövhər Səlim isə qlobal təhlükə, xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə birgə əməkdaşlığın zəruriliyini vurğulayıb.

Əvvəlki məqaləCOP29: Bakı iqlim dəyişikliyi ilə mübarizədə dünyanı həmrəyliyə səsləyəcək
Növbəti məqalədəHərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ətraf mühitin mühafizəsi ilə bağlı birgə tədbir keçiriblər