zəlzələ

Papua-Yeni Qvineya sahillərində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 18,8 min nəfər əhalisi olan Kimbe şəhərindən 101 kilometr şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Əvvəlki məqaləOmanda daşqınlar nəticəsində 12 nəfər ölüb
Növbəti məqalədəPakistanda şiddətli yağışlar 30 nəfərin ölümünə səbəb olub