Parlamentlərarası İttifaqda COP29-la bağlı tədbir keçirilə bilər.
“Report” xəbər verir ki, bu təkliflə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq fevralın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən çıxış edib.
Qonaq COP29-la bağlı dövlət başçısını təbrik edərək COP29 keçiriləcəyi zaman Parlamentlərarası İttifaq çərçivəsində parlament nümayəndə heyətlərini bir araya gətirən, ətraf mühit və iqlim dəyişikliyi istimaqətlərində beynəlxalq səyləri dəstəkləyən bir tədbirin təşkil olunma təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsü dəstəkləyən dövlət başçısı İlham Əliyev qonağı Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.