Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Görüşdə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), eyni zamanda qlobal iqlim dəyişikliyinin mənfi təsirləri və bu istiqamətdə kollektiv əməkdaşlığın qurulmasının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.