Ermənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakına dəvət məsələsinə toxunacaq.

“Report” xəbər verir ki, bu barədə “Hraparak” qəzetinə Ermənistan hökumətinin İnformasiya və ictimaiyyətlə əlaqələr İdarəsindən məlumat verilib.

“Biz Ermənistan baş nazirinin Bakıya gedərək COP29 konfransında iştirak edib-etməyəcəyi ilə maraqlanmışıq. Baş nazir bu mövzuya avqust ayında keçiriləcək mətbuat konfransında toxunacaq”, – məlumatda bildirilib.

Əvvəlki məqaləEfiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb
Növbəti məqalədəElnur Soltanov: İqlim dəyişikliyi problemini neft ölkələrinə bağlamaq düzgün deyil