Paytaxtın Nizami rayonunun Cəmşid Naxçıvanski küçəsində, qeyri-yaşayış obyektinin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayəti xidmətin əməkdaşları araşdırıblar. Nəticədə iki göyrüş ağacının kəsildiyi faktı təsdiqini tapıb.
Xidmət rəsmisi Rəvan Teymurov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ağacları həmin qeyri-yaşayış obyektinin sahibi Fazil Ələkbərovun kəsdiyi müəyyənləşdirilib.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.