ağacların kəsilməsi

Paytaxtın Nizami rayonunun Cəmşid Naxçıvanski küçəsində, qeyri-yaşayış obyektinin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayəti xidmətin əməkdaşları araşdırıblar. Nəticədə iki göyrüş ağacının kəsildiyi faktı təsdiqini tapıb.

Xidmət rəsmisi Rəvan Teymurov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ağacları həmin qeyri-yaşayış obyektinin sahibi Fazil Ələkbərovun kəsdiyi müəyyənləşdirilib.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Əvvəlki məqaləAzərbaycanda neft və palçıq vulkanizmi
Növbəti məqalədə“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib