Pekin

Pekin hökuməti hava çirklənməsi səbəbindən “narıncı” təhlükə xəbərdarlığı elan edib.

AZƏRTAC xəbər verir ki, bir çox məhdudiyyəti əhatə edən xəbərdarlıq oktyabrın 30-da günortadan sonra qüvvəyə minib. Dördpilləli sistem üzrə ən yuxarı 2-ci səviyyədə olan “narıncı” xəbərdarlıq adətən 3 ardıcıl orta və 2 ardıcıl yüksək səviyyədə hava çirklənməsi halında elan edilir. Noyabrın 4-dək davam edəcək xəbərdarlıq müddətində atmosferi nisbətən çox kirlədən avtomobillərin şəhərdə hərəkəti qadağan edilib.

Pekinin ekologiya və ətraf mühit bürosu uşaqlara, yaşlılara, respirator xəstəliklərdən əziyyət çəkənlərə və ürək xəstəliyi olanlara açıq havaya çıxmamağı, şəhər sakinlərinə ümumilikdə açıq havada az olmağı tövsiyə edib.

Əvvəlki məqaləSabah bəzi bölgələrdə 30 dərəcə isti olacaq
Növbəti məqalədəƏlət Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq