Pirallahı

Bakının Pirallahı rayonunda müxtəlif ünvanlardakı qurumuş ağacların ərazidən götürülməsi işləri aparılır.

Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təqdim edilən rəyə əsasən rayon ərazisində müxtəlifcinsli ağacların götürülməsi qərara alınıb. Rayon icra hakimiyyətinin nəzarəti altında 104 ədəd müxtəlifcinsli ağacın (92 şam, 10 sərv, 1 tut və 1 ayland) köküstə tam quruduğu üçün götürülməsi işləri aparılır. Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Pirallahı rayon yaşıllıq sahəsi tərəfindən kəsilən ağaclar ərazidən yığışdırılaraq təmizlik işləri həyata keçirilir.

Eyni zamanda, rayon ərazisində gündəlik olaraq mövcud ağaclara qulluq göstərilməsi, ağac, kol və güllərin, ot örtüyünün suvarılması işləri görülür.

Qeyd edək ki, payız mövsümündə götürülən hər bir ağacın yerində iqlimə uyğun yeni ağaclar əkiləcək.

Əvvəlki məqaləQazaxıstan Prezidenti COP29-un keçirilməsində Azərbaycanın dövlət başçısına uğurlar arzulayıb
Növbəti məqalədəPaytaxtda növbəti dəfə geniş təmizlik işləri aparılır