“Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması” layihəsi

31.07.2024-cü il tarixində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması” layihəsinin davamı olaraq Ekologiya və Təbii Sərvətlər nazirliyinin (ETSN) Orxus mərkəzində dəyirmi masa keçirmişdir. Tədbirdə ETSN-nin, Energetika nazirliyinin, “Təmiz şəhər” ASC-nin, K/təsərrüfatı nazirliyinin, Dövlət Statistika Komitəsinin, Radiasiya Problemləri İnstitutunun, SOCAR baş ofisinin, BMT-nin inkişaf Proqramının, ekoloji QHT-lər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbiri “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova açdı və təqdimat edərək, “Plastik və polietilen məmulatlarının ətraf mühitə verdiyi zərərlər barədə məlumat verdi. S.Həsənov təqdimatında plastik məmulatlarının yaranması tarixi, inkişaf dinamikası, İqlim dəyişmələrinə təsiri və ətraf mühitin çirklənməsində əhəmiyyətli payı barədə elmi araşdırmalara və rəsmi hesabatlara əsaslanan geniş məlumat verdi. Plastik torba və birdəfəlik qablar Azərbaycanda 2015-ci ildə cəmi 5600 ton istehsal edilmiş, 2022-ci ildə 17500 tona çatmaqla 3 dəfədən çox artmışdır. Plastik və polietilen torba və çantalar Bakı və digər regionların şəhərlərində marketlərdə və ticarət yerlərində geniş istifadə olunur. Demək olar ki, plastiksiz həyataımız yoxdur və adambaşına ildə 24 kq tullantı düşür. Bu göstərici orta Avropa dövlətlərindən (10-19 kq) yüksəkdir. Plastik məmulatlar 100 illərlə təbiətdə parçalanmır və bir neçə monomer kimyəvi maddənin zəncirvari birləşmələrindən ibarət mürəkkəb kimyəvi tərkibi var. Onların toplanıb yandırılması isə atmosferə zəhərli kimyəvi qazların atılmasına səbəb olur və dünya üzrə iqlimdə baş verən dəyişmələrdə əsas qazlardan biri olan CO2-nin atılmasında 13% payı var.

Sonra S.Həsənov layihə çərçivəsində hazırlanmış kitabçanın kifayət qədər elmi və rəsmi məlumatlar toplanmış bu 48 səhifəlik balaca kitabçanın ensiklopedik bir məlumat bazası olduğunu vurğuladı. Bu gün bu tədbirdə Sizə paylanan bu kitabça tullantıların və xüsusilə plastik torba və birdəfəlik qabların ətraf mühitə təsiri barədə əyani vəsait kimi istifadə edilə bilər.

Sonra çıxış üçün söz ETSN-nin sektor müdiri Mehman Nəbiyevə verildi. M.Nəbiyev ETSN-nin plastik məmulatlarının azaldılması üçün həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verərək bu prosesin davam etdiyinin və gələcəkdə digər tədbirlərin hazırlanmasının planlaşdırılması barədə məlumat verdi. Nazirlik 2023-cü ildən marketlərdə bu məmulatların pulla satışının təşəbbüskarı olmuş və plastik torba, çanta, birdəfəlik qabların istifadəsinin azaldılması üçün növbəti tədbirlər planını hazırlayır. Lakin bu prosesin həyata keçirilməsi elədə asan getmir çünki insanlarımız bu məhsullardan geniş istifadə etdiyindən birdən həyatımızdan çıxarmaq və ya azaltmaq elə də asan deyil. M.Nəbiyev ümidvar olduğunu bildirdi ki, təşkilatın həyata keçirdiyi bu layihə plastik məmulatlarının istifadəsinin azaldılmasında əhəmiyyətli təsir edəcək və və insanların maariflənməsi yolu ilə plastik və polietilen məmulatlarından istifadənin azalmasına səbəb olacaq.

Tədbirdə “Təmiz Şəhər” ASC-nin sektor müdirinin müavini Elnur Əliyev, BMT-nin Azərbaycan nümayəndəliyindən Nazim Məmmədov, SOCAR baş ofisinin nümayəndəsi Fuad Yusifli, DSK-dan Elmar Eminov, Kənd Təsərrüfatı Nazirliyindən Elxan Hüseynov, Ekoloji QHT-lərdən İradə Həsənova, Sevil İsayeva, Taleh Əliyev, Şaban Nəsirov, Arzu Əliyeva, Energetika nazirliyindən Nurəngiz Fərəcullayeva, Radiasiya Problemləri institutundan Rəna Cəfərova və başqaları çıxış etdilər. Tədbir sual-cavab formatında davam etdi. Tədbirin sonunda layihə çərçivəsində hazırlanmış kitabça və dəftərxana ləvazimatları iştirakçılara paylandı və sonra tədbir yekunlaşdı.

Əvvəlki məqaləDiaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Növbəti məqalədəCOP29 ilə əlaqədar noyabrın 12-dən 22-dək orta məktəblərdə payız tətili olacaq, ali məktəblər distant təhsilə keçəcək