22.07.2024-cü il tarixində Xaçmaz rayon İstisu qəsəbəsində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması” layihəsi çərçivəsində İstisu qəsəbə nümayəndəliyinin akt zalında tədbir keçirmişdir. Tədbirdə Dost iş mərkəzinin, Poçt idarəsinin, İcra nümayəndəliyinin, Bələdiyyə üzvlərinin, qəsəbə məktəbinin və sakinlər iştirak etmişdir.
Tədbiri “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov açdı, Xəzər dənizinin sahilində yerləşən bu turist qəsəbəsi olan yerdə tədbir keçirməyin vacib olması barədə məlumat verdi. S.Həsənov çıxışını davam edərək bildirdi ki, polietilen və plastik torba və birdəfəlik qabların istifadəsi Azərbaycanda hər il artır. 2015-ci ildə cəmi 5600 ton istehsal edilən polietilen çanta və torbalar 2022-ci ildə 17500 tona çatmaqla 3 dəfədən çox artmışdır. Bu artım marketlərdə və mağazalarda onlara artan tələbatla bağlıdır. Baxmayaraq ki, plastik torba və polietilen çantalardan istifadənin azaldılması üçün 2023-ilin fevral ayının 15-dən ticarət marketlərində pulla satışı barədə (15 mkm ölçüdən az olmaqla) qərar qəbul edildi. Lakin təəssüf ki, bu cür metod bir çox ölkələrdə effektli olsada Azərbaycanda baş vermədi və ümumi istehsalda və istifadədə artım dinamikası davam etdi. Plastik məmulatlar 100 illərlə təbiətdə parçalanmır və bir neçə monomer kimyəvi maddənin zəncirvari birləşmələrindən ibarət kimyəvi tərkibi var. Onların toplanıb yandırılması isə atmosferə zəhərli kimyəvi qazların atılmasına səbəb olur və dünya üzrə iqlimdə baş verən dəyişmələrdə əsas qazlardan biri olan CO2-nin atılmasında 13% payı var 1960-cı ildə cəmi 1,5 milyon ton plastik məmulatları istehsal olunub. 1990-cı ildə 67 dəfə artaraq 100 milyon tona çatdı. 2000-ci illərin əvvəllərində istehsal olunan plastik məmulatlarının miqdarı bir onillikdə əvvəlki 40 ildə olduğundan daha çox artdı. Bu gün dünya hər il təxminən 500 milyon ton plastik və birdəfəlik qablar istifadə edir. Dünya üzrə 2050-ci ilədək ilkin plastikin qlobal istehsalının 1,100 milyon tona çatacağı proqnozlaşdırılır. Birdəfəlik istifadə olunan plastik məh-sullara, bircə qısa istifadədən sonra atılmalı olan əşyalara doğru narahatlıq doğuran dəyişikliyin şa-hidi oluruq. İstehsal edilən bütün plastiklərin təqribən 36 faizi qablaşdırmada, o cümlədən qida və içki qabları üçün birdəfəlik plastik məmulatlarda istifadə olunur ki, bunun da təxminən 85 faizi po-liqonlara və ya tənzimlənməmiş tullantılara çevrilir.
S.Həsənov davam edərək bildirdi ki, qəsəbədə olduqları bir neçə gündə traktor lapetlər ilə məişət tullantılarının daşındığını gördü və həmin tullantıların əksəriyyətinin plastik və polietilen qablardan olduğunu müşahidə etdiyini dedi. Buda onu göstərir ki, qəsəbədə bu qablardan çox istifadə olunur. Layihənin məqsədi bu qablardan istifadənin azaldılmasında qəsəbə nümayəndələrinin iştirakı dahada aktiv ləşdirməkdir.
Sonra S.Həsənov layihə çərçivəsində hazırlanmış kitabça barədə məlumat verərək bildirdi ki, kifayət qədər elmi və rəsmi məlumatlar topladıqlarından bu 48 səhifəlik balaca kitabçanın ensiklopedik bir məlumat bazası olduğunu vurğuladı. Bu gün bu tədbirdə Sizə paylanan bu kitabça tullantıların və xüsusilə plastik torba və birdəfəlik qabların ətraf mühitə təsiri barədə əyani vəsait kimi istifadə edilə bilər.
Sonra çıxış üçün söz İstisu İcra nümayəndəsinin müavini Əbdülağa Cəfərova verildi. Ə.Cəfərov qeyd etdi ki, qəsəbədə həddindən çox turistlər var və onların çoxu ölkənin paytaxtından və digər şəhərlərdən gəlmişlər və təəssüf ki, bahalı maşınlardan istifadə etmələrinə baxmayaraq maşınla hərəkət edərkən toplanmış tulantıları polietilen torbada qəsəbəyə və yol kənarına atırlar. Buda layihə ekspertinin, kimya alimi S.Həsənovun qeyd etdiyi kimi ətraf mühitdə toplanıb zibilə çevrilir. Bu cür vəziyyət Nabran qəsəbəsi və digər qəsəbələr üzrə dəniz kənarının və su ehtiyatlarının çirklənməsinə səbəb olur. İcra nümayəndəsinin müavini bu sahədə layihənin rəhbərliyinin və ekspertlərinin gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd etdi.
Tədbirdə İstisu qəsəbə məktəbinin müəlliməsi Gülnarə Babayeva və Poçt müdiri Zaur Mövsümov çıxış etdilər.
Tədbirin sonunda layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylandı və sonra tədbir yekunlaşdı. Tədbir canlı müzakirələr şəraitində keçdi.