“Tullantıları ekoçantaya dəyiş” aksiyası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası “Araz” supermarketin Nəsimi rayonu filialında keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya zamanı vətəndaşlar ümumi tutumu 382 litr olan plastik, 21 litr tutumu olan şüşə butulka və 36 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər.

Nazirlik əhali arasında tullantıların çeşidlənməsinin əhəmiyyətini vurğulamaq, təkrar emala dəstək olmaq məqsədilə keçirilən aksiyalarda fəal iştirak edən bütün vətəndaşlara təşəkkür edir, hər kəsi polietilen torbalar əvəzinə ekoçantalardan istifadəyə etməyə çağırır.

Əvvəlki məqaləPrezident İlham Əliyev: Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun
Növbəti məqalədə“Kazinform”: AQEM-in baş katibi Nyu-Yorkda keçirdiyi görüşlərdə COP29-un əhəmiyyətini qeyd edib