BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransına hazırlıq üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində “PreCop28” hazırlıq görüşü öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də qatıldığı “PreCop28” hazırlıq görüşündə müxtəlif ölkələrdən 70 nazir və 100-dən artıq nümayəndə iştirak edir.
Tədbirdə iqlim dəyişmələri sahəsində danışıqların əsas siyasi aspektləri, o cümlədən qlobal emissiyaların 2030-cu ilə qədər 43 faiz azaldılması üçün konsensusa nail ola biləcək həlləri irəli sürmək kimi hədəflər müzakirə olunur.
Qeyd edək ki, hazırlıq görüşü oktyabrın 31-dək davam edəcək.