Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, mayın 30-da Gəncədə işgüzar konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.
Daha sonra isə iştirakçılar “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şəhərdə yerləşən Heydər Əliyev adına parkda ağaclar əkiblər.
Konfransda Baş prokurorun müavini Heydər Məmmədov, 15 ətraf regionun prokurorları, hüquq-mühafizə orqanlarının əməkdaşları, media və qeyri-hökumət nümayəndələri iştirak ediblər.