sel

Çaylarda faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, iyulun 24-ü saat 21:00-a olan məlumata əsasən regionlarda yağan intensiv yağıntılarla əlaqədar hazırda Qəbələ rayonu ərazisindən axan Tikanlıçaydan sel keçir. Baş hidroloq sel təhlükəsi olan ərazilərdən axan çaylarda baş verə biləcək daşqınlarla əlaqədar çay sahilində yaşayan və istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib:

“Vətəndaşlara mümkün qədər çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini və dərhal ərazini tərk etmələrini tövsiyə edirik”.

Əvvəlki məqaləPrezident Administrasiyasının rəhbəri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Növbəti məqalədəÜST Azərbaycan və tərəfdaşları COP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirir