Qəbələdə “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin və YAP Qəbələ rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən aksiyada Qəbələ şəhərinin ərazisində 1000 ədəd qoz, tuya, sərv ağacları əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Ekoloji mühitin sağlamlaşdırılmasına yönələn bu xeyirxah aksiyada rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının rəhbər və əməkdaşları, ictimaiyyətin nümayəndələri, partiya fəalları və gənclər yaxından iştirak ediblər.