Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən hazırda Balakən və Zaqatala rayonlarının yüksək dağlıq ərazilərində qarölçmə işləri aparılır, qarın hündürlüyü, çəkisi ölçülərək sululuğu və sıxlığı təyin olunur.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, aparılan ölçmələrin ilkin nəticələrinə görə Mahamalar kəndi-Filizçay marşrutunda qarın hündürlüyü 35-50 santimetr, Filizçay-Kasadağ marşrutunda 40-55 santimetr qeydə alınıb, digər marşrutlar üzrə işlər davam etdirilir.
Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə mart ayının 7-dən qarölçmə işlərinə başlanılıb və ölçmə işləri mart ayının 17-dək davam edəcək.