Qazaxda çayların daşması nəticəsində ciddi fəsadlar yaranıb

Qazax rayonunda Coğazçay, Ağstafaçay və Xramçayın daşması nəticəsində ciddi fəsadlar yaranıb.

“Report”un Qərb bürosunun məlumatına görə, ölkəmizdə və qonşu ölkələrdə yağan güclü yağışlardan sonra Coğazçay və Xram çayları daşıb. Çoğazçay çayı üzərində yerləşən, Dəmirçilər kəndinə gedən yolun üzərində olan körpü qismən uçduğundan yol tamamilə bağlanıb.

Həmçinin Xramçay və Ağstafaçayın daşması nəticəsində vətəndaşlara məxsus obyektləri, park və sahələri su basıb.

Hazırda Milli Hidrometeorologiya Xidmətindən edilən xəbərdarlıq nəzərə alınaraq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.

Yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Əvvəlki məqaləErmənistanda su basmış ərazilərdən 232 nəfəri təxliyə edilib
Növbəti məqalədəAzərbaycanın Qərb rayonlarında subasma təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib