Qeyri-sabit hava şəraiti qərb bölgəsində fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, ötən gün axşam saatlarından başlayan güclü külək Tovuz, Ağstafa və Qazax rayonlarında ağacları kökündən çıxarıb, elektrik və internet xətlərini yararsız hala salıb. İctimai iaşə obyektləri və parklarda da ağaclar kökündən çıxıb, yıxılan ağaclar dağıntılara səbəb olub. İri gövdəli ağaclar bəzi yerlərdə evlərin və obyektlərin damını uçurub. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Qeyd edək ki, iyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.