Qubadlı sakinləri ağacəkmə aksiyası və iməcilik keçiriblər

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan ağacəkmə aksiyası və iməcilik keçirilib. Aksiya “Stansiya Sumqayıt” yaşayış massivində yeni salınmış parkı, eyni zamanda rayonun idarə, müəssisə və təşkilatlarının həyətyanı ərazilərini əhatə edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin, YAP Qubadlı rayon təşkilatının əməkdaşları, ictimaiyyət nümayəndələri, şagirdlər iştirak ediblər. Aksiya çərçivəsində ağac əkilən ərazidə təmizlik işləri aparılıb, qurumuş ağaclar yenisi ilə əvəz olunub, həmçinin müxtəlif növ ağaclar əkilərək suvarılıb.

Ümumilikdə, 300-dən çox ağac əkilib.

Əvvəlki məqaləTərtərdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Növbəti məqalədəBaş Prokurorluq: Qanunsuz ağac kəsilməsi nəticəsində təbiətə 26 min manatdan çox ziyan vurulub