zəlzələ

Noyabrın 1-də Qvatemalanın Sakit okean sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya, Vulkanologiya, Meteorologiya və Hidrologiya İnstitutu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 170 min insanın yaşadığı Eskuintla şəhərindən 98 kilometr aralıda, ocağı isə 17 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar ölkənin cənub-qərb rayonlarında hiss olunub.

Tələfat, dağıntılar və sunami barədə məlumat verilməyib.

Əvvəlki məqaləABŞ-də meşə yanğınlarına görə 4 min nəfər təxliyə edildi
Növbəti məqalədəDünya okeanında istiləşmə güman edildiyindən daha sürətlə gedir