dumanlı hava şəraiti

Ölkə ərazisində martın 22-də qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Xatırladaq ki, martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, havanın temperaturunun ötən günlərlə müqayisədə 10-15 dərəcə enib.

Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.

Əvvəlki məqaləSabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək
Növbəti məqalədəBu gün Beynəlxalq Meşələr Günüdür