isti

İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Əvvəlki məqaləMuxtar Babayev ATƏT-in baş katibi ilə görüşüb
Növbəti məqalədəÇimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb