dumanlı hava şəraiti

Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.

“Report”un xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, noyabrın 27-də əsasən gecə və səhər dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.

Əvvəlki məqaləUmayra Tağıyeva: “Ölkə ərazisində payızın sonu üçün yüksək temperatur qeydə alınır”
Növbəti məqalədəTürkiyədə sel və qasırğada 2 nəfər ölüb, 10 nəfər yaralanıb